"İnsanların düzgün həyat tərzinə nail olmalarında media böyük rol oynayır" - Nazir müavini

1875-ci ildə əsası qoyulan milli mətbuatımız bu gün müasir çağırışlara cavab verərək, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi, bəşəri dəyərlərin qorunub saxlanması istiqamətində mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İctimai proseslər media müstəvisində” adlı forumda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, ölkəmizdə rəqəmsal inkişaf sahəsində atılan mühüm addımlar media məkanında tərəqqi və müasir tələblərə uyğunlaşma üçün münbit şərait yaradır. Bu yaxınlarda uğurla həyata keçirilmiş onlayn layihələr, internet sahəsində qazanılan nailiyyətlər informasiyaya əlçatanlığı əhəmiyyətli dərəcədə artırıb, ucqar bölgələrdə yaşayan vətəndaşların da müxtəlif mənbələrdən operativ məlumat əldə etmələrinə şərait yaradıb.
O vurğulayıb ki, rəqəmsal media ictimai nəzarət, şəffaflıq və sosial məsuliyyət funksiyalarını daha da gücləndirməklə yanaşı, alternativ informasiya mənbələrinin formalaşmasına və ictimaiyyətin məlumatlara çıxışının təmin edilməsinə töhfə verir. İnsanların gündəlik həyatında uğura, müsbət davranış modelinə və düzgün həyat tərzinə nail olmalarında media böyük rol oynayır. Media həm də cəmiyyətlə dövlət arasında körpü funksiyasını yerinə yetirərək, vətəndaşlarla sağlam dialoqun qurulmasında mühüm vasitədir.
Rəhman Hümmətov əlavə edib ki, media ilə səmərəli əməkdaşlıq, sağlam informasiya mühitinin formalaşdırılması bizim üçün strateji hədəf və əsas prioritetlərdəndir.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












