İntihar həddinə çatdığını deyən işçi rəisdən polisə şikayət etdi

Bakı sakini işlədiyi yerdə idarə rəisinin onu intihar həddinə çatdırması ilə bağlı polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, DİN-in 102 xidmətinə zəng edən Heydər Əliyev Beynəlxalq Aeroportonun elektriki, 1987-ci il təvəllüdlü E.S. mart ayından etibarən idarə rəisinin onu incitdiyini bildirib. O qeyd edib ki, martın 1-də Rabitə İdarəsinin rəisi Y. O. ilə mübahisə etməsi və iş vaxtı yatmasına görə ona dəfələrlə raport yazdırılıb və cəza tədbirləri həyata keçirilib.
Bu səbəbdən intihar həddinə çatdığını bildirən aeroport əməkdaşı polisdən məsələyə müdaxilə etməsini xahiş edib.
Hava limanının Rabitə İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, E.S dəfələrlə işinə məsuliyyətsiz yanaşdığına görə intizam məsuliyyətinə cəlb edilib: "6 ay əvvəl o, işində yol verdiyi nöqsanlara görə aşağı vəzifəyə keçirilib. 3 ay əvvəl də yol verdiyi eyni nöqsana görə ona şiddətli töhmət elan edilib. Son olaraq 1 ay əvvəl və 10 gün əvvəl də aparılmış yoxlama zamanı onun iş yerində yatması, eləcə də uzanıqlı vəziyyətdə istirahət etməsi müəyyən edilib və müvafiq protokol tərtib edilib".
Müraciətlə bağlı araşdırma aparılır.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












