İran Ermənistan və Qazaxıstanla birlikdə müntəzəm dəniz marşrutu açır

İranın Əmirabad limanı Ermənistan və Qazaxıstanla birlikdə müntəzəm dəniz marşrutu açmaq təklifi ilə çıxış edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İranın Əmirabad Limanları və Dənizçilik İdarəsinin rəisi Məhəmmədli Musapur Gənci Mazandaran əyalətinin Behşehr şəhərində Ermənistan və Qazaxıstan nümayəndə heyətləri ilə görüşdə bəyan edib.
İran rəsmisi limanın Şimal-Cənub dəhlizində strateji mövqedə yerləşdiyini vurğulayıb, onun yeni marşrutlar, multimodal daşımaların inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Görüşdə logistika və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Bundan əlavə, liman, gəmiçilik şirkətləri və yükdaşıyıcıları arasında üçtərəfli sazişin imzalanması nəzərdə tutulur.
Təxminən 1300 hektar ərazisi olan Əmirabad Xəzər dənizinin ən böyük limanıdır. O, dəmir yolu şəbəkəsinə qoşulub, 10 milyon ton yük daşımaq gücünə malik 15 körpüyə malikdir.
Həştərxan, Aktau, Bakı və Xəzərin digər limanlarından yüklər bu limanlın ərazisindən daşınır.
Əmirabad Asiya və Avropanı birləşdirən Şimal-Cənub dəhlizinin mühüm nəqliyyat qovşağına çevrilə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












