İran Naxçıvandan Ermənistana dəmir yolu ilə yük göndərməyə çalışır

İran Naxçıvandan keçən dəmir yolu ilə yüklərin daşınmasına başlamağa çalışır.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri bildirib.
O qeyd edib ki, hazırda İranın dəmir yolları şəbəkəsinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirilməsi üzrə iş gedir: "Bu gün biz MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının kuluarlarında "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin nümayəndələri ilə danışıqlar aparmışıq ki, İrandan Ermənistana gedən yüklərin bir qismi Naxçıvan vasitəsilə tədarük olunsun. Bununla Naxçıvandakı dəmir yolu işə düşəcək. Bunun qısa zamanda həyata keçirilməsi üçün çalışırıq".
Xatırladaq ki, noyabrın əvvəlində Azərbaycan ərazisindən tranzit keçməklə 1 048,8 ton Qazaxıstan taxılı ilə yüklənən 15 vaqon Ermənistana göndərilib. Yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












