İran vurduğu Ukrayna təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəyir – MƏBLƏĞ

İran səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödənişlərinə başlayıb.
TASS xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Möhsün Baharvənd məlumat verib. Onun sözlərinə görə artıq ailələrin bir qismi kompensasiyanı alıb.
Nazir müavini bəyan edib ki, kompensasiya məbləği İranın beynəlxalq öhdəliklərinə əsasən nəzərdə tutulduğundan daha artıqdır və hər ailəyə 150 min dollar olmaqla hesablanıb.
Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi “Boeing 737-800” yanvarın 8-i 2020-ci ildə Tehran hava limanından səmaya qalxıb. İran tərəfi təyyarənin təsadüfən vurulduğunu bəyan edib. Partlayış nəticəsində 176 nəfər həlak olub. Onların arasında çoxu Ukrayna vətəndaşı olmaqla, İran, Kanada, Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub./oxu.az
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












