İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılmış, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.
Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilmişdir.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














