İrandan Azərbaycana dronla 33 kq narkotik keçirilməsinin qarşısı alındı
Xəbərlər
20 Noyabr 2025 15:18

"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub : 526
DİGƏR XƏBƏRLƏR
11 Sentyabr 2026 22:22
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
11 Sentyabr 2026 19:30
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11 Sentyabr 2026 19:04
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
11 Sentyabr 2026 18:17
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
11 Sentyabr 2026 18:11
Daha bir ekspres marşrut xətti AÇILIR
10 Sentyabr 2026 22:03
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
10 Sentyabr 2026 20:21
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
10 Sentyabr 2026 19:22
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
10 Sentyabr 2026 18:54
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
10 Sentyabr 2026 11:14
İlham Əliyev Fərman İMZALADI
10 Sentyabr 2026 10:41
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
9 Sentyabr 2026 23:32
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
ŞƏRH YAZ










