İrandan göndərilən külli miqdarda narkotik ələ keçirildi - FOTO

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən 46 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Sım kəndi ərazisində həyata keçirdikləri uğurlu əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı 46 kiloqram, o cümlədən 20 kiloqram tiryək, 20 kiloqram marixuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin, 2000 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma zamanı E. Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsini şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə təşkil etdiyi müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











