İrandan Rusiyaya “kahı” adı ilə narkotik aparan nəqliyyat vasitəsi saxlanıldı - FOTO

Dövlət Gömrük Komitəsi yük nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.
Avtosfer.az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












