İrəvan-Xankəndi-Bakı yolunun üzərindəki Azərbaycan abidəsi - FOTO

"Biz və bizim dağlar" və ya "Biz dağlarımızıq" abidəsi Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilib.
Avtosfer.az xatırladır ki, abidə Azərbaycan SSR-in büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb.
Bir çoxları onu qondarma rejimin simvolu hesab etsə də, İrəvan-Xankəndi-Bakı yolunun üzərində ucaldılmış bu abidənin heykəltəraşı erməni əsilli Azərbaycan sakini Sarkis Baqdarasyandır.
Azərbaycan ərazisindəki abidənin təsvirinin 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində erməni ifaçılarının reklam çarxına daxil edilməsi ilə bağlı Azərbaycan XİN-in etirazından sonra təşkilat komitəsi ermənilərin bu hərəkətini həqiqətən siyasi addım hesab edib və həmin hissəni videogörüntüdən çıxarıb.
4 il öncə Birləşmiş Ərəb Əmirliklərində ilk prezident Şah Zeidin şərəfinə keçirilən tarixi-mədəni irs festivalında da təsadüfi deyil ki, Azərbaycan öz pavilyonu üçün "Biz dağlarımızıq" abidəsinin maketini seçib. Festival başlamazdan əvvəl suriyalı dizayner Vardan Muradyan festivalın təşkilatçılarına şikayət ərizəsi göndərərək etiraz etsə də, abidənin Azərbaycana məxsus olduğu aydınlaşdırılıb və Azırbaycanın sözügedən maketlə meydana çıxmasına icazə verilib.


unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












