İşdən çıxan polkovniklə bağlı maraqlı fakt - Qardaşı oğlu 4 kq qızılla tutulmuşdu

Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad olunub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, A.Mirzəliyevin adı bir müddət əvvəl qalmaqallı hadisə ilə bağlı gündəmə gəlmişdi. Belə ki, polkovnikin qardaşı oğlu Əfsər Mirzəliyev 4 kq qızılı ölkədən çıxarmaq istəyərkən Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsər Mirzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Mirzəliyev özü də DGK əməkdaşı olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












