İşğalçı erməni hərbçilərinin terrorçuluğu formaları ilə sübut olundu - FOTO - VİDEO

İşğalçı Ermənistanın silahlı qüvvələrində terrorçu dəstələrin təmsil olunması heç kim üçün sirr deyil.
Artıq bu fakt daha bir dəlillə təsdiqini tapıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, işğalçıların keçmiş postundan götürülmüş erməni hərbçilərinin formalarının analizi maraqlı məqamları üzə çıxarıb.
Belə ki, formaya yapışdırılan şevronların arxa tərəfində əks olunan ASALA yazısı və xaç şəkli diqqəti çəkib.
Bu yazının təsadüfi olmadığı aydındır. Güman ki, bu, işğalçı erməni hərbçisinin əslində hansı terror təşkilatına aid olduğunu göstərir.
Xatırladaq ki, ASALA ötən əsrin 70-ci illərindən fəaliyyətə başlayan erməni terror təşkilatıdır. Erməni şovinizmini və "Böyük Ermənistan" xülyasını əlində bayraq tutan təşkilat illərlə müxtəlif qanlı cinayətlərə əl atıb.
Təşkilatın fəaliyyətinə rəsmən son verildiyi deyilsə də, əslində bunun belə olmadığı aydındır. Şevronun arxasında əks olunanlar isə bunun daha bir sübutudur.
Ehtimal olunur ki, bu şevron erməni ölülərinin hansı dəstəyə aid olmasını müəyyən etmək üçündür.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















