İşıqforda qaydaları pozan şəxs ona irad bildirən sürücünü döydü

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən X.Mustafayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, hadisə 30 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, X.Mustafayev etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında hərəkətdə olarkən həmin yolla hərəkətdə olan “Mercedes-Benz” markalı maşının sürücüsü, zərərçəkmiş M.Hacıyev ona yol hərəkəti qaydalarını pozması ilə bağlı irad bildirib. Bu zaman o, zərərçəkmiş şəxslə mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs M.Hacıyevin ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib. O, əvvəlcə zərərçəkmiş şəxsin qəsdən üz nahiyəsindən yumruqla və sol ayaq nahiyəsindən təpiklə vuraraq, M.Hacıyevə xəsarət yetirib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










