İsmayıllıya qonaq gələn xarici vətəndaşın maşınını sel apardı - VİDEO - YENİLƏNİB

İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.
Hadisə bu gün İsmayıllı rayonu ərazisində baş verib. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlardan sonra Girdimançay çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi sayəsində avtomobildən çıxarılıblar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.
Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda Zərnava kəndinə gedən yolun bərpası üçün ərazidə texnika işləyir. (Azərtac)
***
Güclü yağış İsmayıllı rayonunda fəsadlar törədib.
Avtosfer.az-ın məlumatına görə, rayonda sel nəticəsində "Toyota Prado" markalı avtomobili və bir qadını sel aparıb.
Avtomobilə zərər dəyib, qadın isə xilas edilib.
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












