İsrail Qətərə uçacaq təyyarələr üçün hava məkanını açacaq

İsrail Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar beynəlxalq reyslər üçün hava məkanını açacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu (TSAXAL) Hərbi Hava Qüvvələri Komandanlığı, Mülkü Aviasiya və Hava Limanları İdarələri birgə qərar qəbul edib.
Qərara əsasən, futbol yarışları vaxtı Qətərə uçacaq aviareyslər üçün İsrail hava məkanını açacaq.
Məluamat görə, bu qərar 2022-ci ilin noyabr-dekabr aylarında qüvvədə olacaq.
Xatırladaq ki, bir müddət əvvəl İsrail hökuməti ilə Beynəlxalq Futbol Federasiyası (FİFA) arasında dünya çempionatı zamanı İsraildən azarkeşlərin Qətərə getməsi üçün viza tələb olunmayacağına dair razılıq əldə edilib.
Qətərlə İsrail arasında diplomatik münasibət yoxdur. İsraillilər bu ölkəyə başqa dövlətin pasportu ilə səfər edə bilər.
İsraildə çıxan “Qlobs” adlı iqtisadi jurnal bir müddət əvvəl bildirmişdi ki, Qətər hökuməti Doha - Təl-Əviv planlı aviasiya reysi üçün ölkənin hava məkanını açmaqdan imtina etmişdi. Buna siyasi hadisə səbəb olaraq göstərilirdi. Qətər İsraili “Əl-Cəzirə” telekanalının əməkdaşı Şirin Əbu Akleninin ölümündə ittiham edirdi. O, Fələstində TSAXAL hərbçiləri ilə fələstinlilər arsındakı döyüş zaman ölüb.
“Report”
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










