İsrail XİN-in nümayəndəsi İranı ikinci cəbhə açmağa çalışmaqda ittiham edib - FOTO

İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib.
“X” (keçmiş “Twitter”) sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb:
“İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün vurduğu zərbələr, mənim fikrimcə, 1) İran rejiminin şimalda [İsrail] cəbhə açmaq üçün strateji silahları Suriyaya və ya Suriyadan keçirməyə çalışdığına dair tutarlı sübutdur və 2) israillilər bunun qarşısını almaqda qərarlıdırlar”.
C. Zarka bu paylaşıma yazdığı şərhdə belə deyilir: “1. Onlar (İran - red.) bunu edir (silahları ötürür - red.) 2. Biz (İsrail - red.) tam qətiyyətliyik”.
Xatırladaq ki, Oktyabrın 12-də “SANA” Agentliyi İsrail Silahlı Qüvvələrini Dəməşq və Hələb beynəlxalq hava limanlarına eyni vaxtda raket zərbələri endirməkdə ittiham edib. Atışma nəticəsində uçuş-enmə zolaqları zədələnib və nəticədə onlar yararsız hala düşüb. (oxu.az)
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












