İstehlaka yararsız məhsullar xüsusi poliqonda məhv edilib - FOTO - VİDEO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San-Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkarlanması barədə məlumat daxil olub.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb.
Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkarlanıb və həmin məhsulların məhv edilməsi barədə qərar qəbul olunub. Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












