İstirahət mövsümü başladı, Bakı-Alanya reysləri ləğv edildi

Azərbaycanda turizm mövsümü və xaricə səyahətlər dövrü başlayan kimi Türkiyənin “Pegasus” şirkətinin Bakı-Alanya reysləri ləğv edilib.
Avtoser.az Fed.az-a istinadən xəbər verir ki, şirkətin iyunun 20-dən sonra Bakı-Alanya və əks istiqamətdə nəzərdə tutulan bütün reysləri ləğv edilib və yay mövsümünün sonunadək bu istiqamətdə uçuşlar olmayacaq.
“Pegasus”un Bakı ofisindən reyslərin ləğv edildiyini təsdiqləyiblər, amma səbəbini açıqlamayıblar. Şirkətdən bildirilib ki, iyunun 20-nə qədər alınan biletlərlə uçmaq “böyük ehtimalla mümkün olacaq”, amma ondan sonrakı reyslər ləğv edilib
Hazırda “Pegasus”un Azərbaycandan iki istiqamətdə – Bakı-İzmir və Gəncə-İstanbul reysləri aktivdir.
Qeyd edək ki, Azərbaycanın AZAL və “Buta Airways” aviaşirkətləri Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












