İtaliyada fermerlər iki saat mərkəzi magistral yolu bağladı

Etiraz edən fermerlərin 100-ə yaxın traktoru ölkənin şimalını cənubla, Romanın şimalında birləşdirən mərkəzi İtaliya magistralı boyunca keçidi bağlayıb.
Bu barədə İtaliya KİV yazır.
Polis, demək olar, iki saata yaxın alternativ marşrutlar üzrə nəqliyyatın hərəkətini yönləndirməyə məcbur olub.
“Corriere della Sera” qəzeti qeyd edir ki, oxşar aksiyalar İtaliyanın müxtəlif regionlarında, eləcə də Siciliya adasında baş verib. Lakin İtaliyada Almaniya və Fransadan fərqli olaraq nümayişlər yerli xarakter daşıyır və kütləvi deyil. İtalyan fermerləri Aİ siyasətlərinə, əsasən də müəyyən məhdudiyyətlər qoyan və onların fikrincə, kənd təsərrüfatına ziyan vuran “yaşıl keçid” siyasətinə etiraz edirlər. İxtisaslaşmış təşkilatların nümayəndələri paytaxta traktor karvanlarını sürməyə hazır olduqlarını bildirirlər. (report)
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












