İvanovka kəndinin sirləri: Oranı kimlər niyə tərk ediblər? - VİDEO

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Azərbaycanın ən qədim bölgələrindən biri olan Gədəbəyin əvvəllər "Qarapapaq", "Seyiddərəsi" adlandırılan Novoivanovka kəndinə səyahət edilib.
İvanovka Gədəbəyin sonuncu sərhəd kəndidir. Rayon mərkəzindən buraya olan məsafə təxminən 35 kilometrdir. Kənddə 2 000-ə yaxın əhali yaşayır.
Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada məskunlaşan İvanov soyadlı şəxslə bağlıdır. Kəndin adı "İvanovun yeni kəndi" mənasını verir.
Əvvəllər burada ruslar çoxluq təşkil etsələr də, bu gün onların sayı azalıb. Hazırda kənddə Qərbi Azərbaycandan olan soydaşlarımız üstünlük təşkil edir.
Müharibə dövründə bir çox ruslar kəndi tərk etsə də, Nadya nənə "mənim Vətənim buradır" deyərək heç yerə getməyib.
"Mən Rusiyaya bir dəfə getmişəm, amma bizim xalqı onlara dəyişmərəm. Yoldaşım dedi ki, ora yaxşıdır, köçək. Mənim atam, babam - hamısı burada yaşayıb. Mən necə torpağımı qoyub gedə bilərəm?! Bizim millət hamısından yaxşıdır. Yoldaşım da rus idi. Əvvəllər meşəyə, kluba gedirdik, qışda xizək sürürdük, klubda rəqs edirdik. Mən onunla kinoda tanış oldum", - deyə o bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












