Kababxananı xatırlatsa da, metronun çıxışıdır... - VİDEO

Bakı metrosunun “20 Yanvar” stansiyasının qarşısı kababxananı xatırladır.
Bununla bağlı görüntüləri qafqazinfo-ya narazı vətəndaşlar göndəriblər. Onlar qeyd edir ki, həmin ərazidə restoranlardan çıxan tüstünün havaya yayılması ciddi narahatlıq yaradır.
Videodan da məlum olur ki, orada antisanitar vəziyyət yaranıb. Şikayətçilər belə bir halın, xüsusilə də insanların sıx olduğu metro çıxışında yaşanmasını qəbuledilməz hesab edirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sorğu ünvanladıq. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev saytımıza cavab olaraq bildirdi ki, “20 Yanvar” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Kral” kafesindən havaya tüstünün yayılması ilə bağlı daxil olan şikayət İdarə və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırılıb: “Aparılan monitorinq və ölçmə işləri zamanı Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 1 ünvanında fəaliyyət göstərən “Kral” kafesindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və iaşə obyektinin icarəçisi Şahin İmanovun cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür”.
Sözügedən görüntüləri təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












