Kadırov beyin ölümü keçirib: Moskvaya xaricdən həkimlər çağırılıb

Çeçenistan rəhbəri Ramzan Kadırov bir neçə gün əvvəl transplantasiya olunmuş böyrək səbəbindən çox güman ki, süni komaya salınıb. Onun vəziyyəti son dərəcə ağırdır və həkimlər pis proqnoz verirlər. Lakin Rusiya bu məlumatı ictimaiyyətdən gizlətməyə çalışır.
Bu barədə Rusiyanın “YUKOS” neft şirkətinin keçmiş vitse-prezidenti Leonid Nevzlin sosial şəbəkələrdə yazıb.
Onun məlumatına görə, Kadırovun böyrəyinin köçürülməsi əməliyyatını uzun müddətdir onu müalicə edən həkimlər Birləşmiş Ərəb Əmirliyində həyata keçirib. Lakin əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin pisləşib, Moskva xəstəxanalarından birində onu süni komaya salıblar. Bundan əlavə, Moskva Mərkəzi Klinik Xəstəxananın həkimlərinin onun beyin ölümü olduğunu və təcili olaraq Əmirlikdən həkimləri çağırdığına zəmanət verə bilmərəm, - Nevzlin yazıb.
O, əlavə edib ki, Çeçenistan lideri xəstəxananın ayrıca blokunda yatır, onun yanında mühafizəçilər növbə çəkir və yaxın adamları orada ona baş çəkir.
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Kadırovun xəstəxanada ağır vəziyyətdə olması xəbəri yayılmağa başlayıb. Hətta bəziləri onun artıq dünyasını dəyişdiyini yazıblar. Lakin dünən Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, Kremlin dəstəkçisi ağır vəziyyətdədir və onun mümkün ölümü Moskva üçün problemə çevriləcək. (lent.az)
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










