“Kahı” formasına salınmış külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO

Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanınan bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub.
Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.
Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ















