Kamçatkada məktəblilərin olduğu helikopter vulkanın kalderasına məcburi eniş edib

Geyzerlər vadisindən ekskursiyaya uçan məktəblilərin olduğu Kamçatka Aviasiya Müəssisəsinin helikopteri Uzon vulkanının kalderasına məcburi eniş edib.
Bu barədə iyulun 8-də özünün “Telegram” kanalında regionun rəhbəri Vladimir Solodov məlumat verib.
Qubernator bildirib ki, hadisəyə səbəb hava nəqliyyatının texniki nasazlığı olub.
“Bu gün Geyzerlər vadisindən havaya qalxdıqdan sonra Kamçatka Aviasiya Müəssisəsinin helikopterlərindən biri texniki nasazlıq olduğunu qeyd etdi və pilot Uzon vulkanının kalderasına planlaşdırılmamış eniş etmək qərarına gəldi. Hadisə ilə bağlı texniki analiz aparılacaq”, - deyə o qeyd edib.
Məktəblilərdən heç birinin xəsarət almadığı bildirilir. Qubernatorun sözlərinə görə, sərnişinləri götürmək üçün müxtəlif vaxtlarda iki rezerv helikopter havaya qalxıb.
Hadisədən sonra Kamçatka regionunun rəhbəri helikopterin sahibi olan Kamçatka Aviasiya Müəssisəsinin bütün helikopterlərinin əlavə olaraq yoxlanılması barədə göstəriş verib.
oxu.az
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var












