Kamran Əliyev yenidən Baş prokuror təyin ediləcək - YENİLƏNİB

Baş prokuror Kamran Əliyev Milli Məclisdə çıxış edib.
Avtosfer.az xəbər verir ki, o, etimada görə Prezident İlham Əliyevə təşəkkür edib:
"Mənə yenidən etimad göstərib bu mühüm dövlət postuna təyinatımla bağlı ali qanunvericilik orqanına müraciət etdiyinə görə Prezident İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının əməkdaşları adından təşəkkür edirəm. Həmçinin Milli Məclisin deputatlarına da namizədliyimi dəstəklədiklərinə görə təşəkkür edirəm".
***09:23
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, parlament Kamran Bayram oğlu Əliyevin növbəti dəfə baş prokuror təyin edilməsinə razılıq verilməsi məsələsini müzakirəyə çıxarıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
Milli Məclis bu gün Kamran Əliyevin yenidən baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












