Keçmiş məcburi köçkünlərin bəzilərinə TƏQAÜD VERİLƏ BİLƏR

"Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin dünən keçirilən iclasında deyib.
Bəs görəsən, keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsinin və onlara büdcə hesabına təqaüdün verilməsinin mahiyyəti nədir?
Bu təklif reallaşacağı təqdirdə, keçmiş məcburi köçkünlər üçün üstünlük nə olacaq?
İqtisadçı deputat Vüqar Bayramov danışıb.
Deputat təklifinin mahiyyətini belə izah edib:
"Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir.
Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar".(oxu.az)
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










