Keçmiş məhkum 10 kq narkotiklə tutuldu - VİDEO

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, son olaraq paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. Onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.
E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












