Keçmiş məhkum indi də qoyun oğurladı - FOTO

Saatlıda oğurluq edən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 24-də rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sənan Aslanov saxlanılıb.
Dindirilmə zamanı S.Aslanov törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən heyvanların yerləri müəyyən edilərək maddi sübut kimi götürülüb və zərərçəkmişə təhvil verilib.
Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində yerləşən evlərin birindən bir ədəd samovar oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi açılıb, S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX













