Keçmiş məhkum silahla yaxalandı - Ağcabədidə əməliyyat

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














