Keçmiş şöbə müdiri “sürücü kimi işə düzəltdirəcəyəm” adı ilə dələduzluq etdi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Məhəbbət Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. İttihama görə, Məhəbbət Həsənov tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş Xalid Məmmədova (şərti) xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib. Belə ki, o, paytaxtın Qaradağ rayonu ərazisində yaşayan zərərçəkmiş şəxsi dövlət qurumlarının birinə sürücü kimi işə düzəltdirəcəyinə yalan vəd verərək aldadıb və 2022-ci ildə Abşeron rayonunun Xırdalan şəhərində ondan 8000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Məhəbbət verdiyi vədə əməl etməyib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhəbbət Həsənov məhkəmədə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O ifadəsində göstərib zərərçəkmiş Xalid Məmmədovu təxminən 2 ildən artıqdır tanıyır. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmayıb. Özü əvvəllər dövlət qurumlarının birində şöbə müdiri vəzifəsində çalışıb, lakin 2021-ci ildə həmin yerdən işdən çıxıb. Məhəbbət Həsənov Xaliddən sürücü kimi işə düzəltdirmək adı ilə 8000 manat aldığını etiraf edib və əməlindən peşman olduğunu söyləyib. O, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tam olaraq ödəyib, onunla barışıb, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödədiyini qeyd edib.
Pravda.az
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










