Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü; itkimiz var - FOTO

Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan Müdafiə Nazirliyinin hərbi yük maşını Azərbaycan postları istiqamətində təchizat yolunu izləyərkən minaya düşüb.
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan hərbçiləri itki verib, yaralılar var.
Azərbaycan komandanlığı əvvəlcə minanın keçənilki döyüş əməliyyatları zamanı qoyulduğunu güman edib. Lakin Ermənistan Baş nazirinin bugünkü rəsmi açıqlaması (Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında bir qrup erməni hərbçisinin təxribatı və Kəlbəcər bölgəsi ərazisində hərbi əməliyyat hazırlanması barədə Azərbaycan hərbi idarəsinin məlumatını dolayı yolla təsdiqləyib) düşmənin əsl niyyətini ortaya qoyub, ilkin şübhələri təsdiqləyib və Azərbaycana qarşı döyüş əməliyyatlarına hazırlıq planını sübuta yetirib.
Erməni təxribatçılarının Azərbaycanın arxa cəbhəsini minalamaq növləri, Azərbaycan hərbi komandanlığının ilkin qiymətləndirməsinə görə, bir məqsədə - döyüş əməliyyatlarının başlanmasına xidmət edib. Erməni tankları məhz bu məqsədlə cəbhə bölgəsinə köçürülüb. Ermənistan ordusunun hərbi hissələrinin irəliləməsindən sonra Azərbaycan silahlı qüvvələrinin ehtiyat qoşunları bu təchizat yolu boyunca düşmənlə görüşə gələcəkdi. Və dəstək qrupunun irəliləməsi zamanı Azərbaycan tərəfindəki itkilərin miqyasını təsəvvür etmək olar. Digər tərəfdən, erməni tanklarının Kəlbəcər bölgəsinə doğru irəliləməsi üçün maneəsiz bir yol açardı.
Lakin Azərbaycan tərəfinin sayıqlığı və qabaqlayıcı tədbirləri təxribatçı hərəkətlər və aqressiv planlar həyata keçirmək məqsədi ilə Azərbaycan ərazisinə daxil olan düşmənin məkrli və xain planını pozub. Erməni təxribatçılarını zərərsizləşdirdikdən və tutduqdan sonra İrəvan hərbi texnika və şəxsi heyətini əvvəlki mövqelərinə çəkmək məcburiyyətində qalıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
















