Kitab oğurluğunda təqsirləndirilən Elməddin Süleymanlı açıqlama verib - VİDEO

Kitab oğurlamaqda təqsirləndirilən iki şəxsdən biri - Elməddin Süleymanlı məsələyə aydınlıq gətirib.
Avtosfer.az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, E. Süleymanlı müzakirəyə çevrilən olayla bağlı video-müraciət yayıb. Bildirib ki, bu işə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar. E. Süleymanlı sözügedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Bildirib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.
Məlumata görə, Elməddin Süleymanlı Türkiyə universitetlərindən birində kino təhsili alıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Hazırda tammetrajlı filmin çəkilişləri ilə məşğuldur.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu gün paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.
Məlumata görə, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.
Elməddin Süleymanlının video-müraciətini təqdim edirik:
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO










