Kiyevdə azərbaycanlıların döyülməsinin təfərrüatı məlum olub - FOTO

Mayın 29-da Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların hücuma məruz qalmasının təfərrüatı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı ümumilikdə 5 azərbaycanlı döyülüb.
Bunlar Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarov olub.
Bildirilib ki, onlara xəsarət yetirən Kiyev vilayət polisinin mülki geyimli əməkdaşları olub. Hadisəyə səbəb bir neçə maddə üzrə təqsirli bilinərək saxlanılmış, 1973-cü il təvəllüdlü azərbaycanlı Əfsər Məmmədovun mayın 28-də İrpen Şəhər Məhkəməsindən iclas fasiləsi zamanı qaçması olub. Belə ki, Əfsər sözgedən Məmmədov qardaşlarının əmisi olub və qaçdıqdan sonra onlarla əlaqə saxlayıb. Mülki geyimli polis əməkdaşları Ə.Məmmədovun qaçdıqdan sonra qohumları ilə əlaqə yaratdığı və onların işlədiyi yerə gəldiyi barədə məlumata malik olduqlarını bildiriblər. Daha sonra onlardan Əfsərin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onlara güc tətbiq edərək xəsarət yetiriblər.
Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətə götürüb və hadisə ilə bağlı ölçü götürülməsi üçün Respublika Baş Prokurorluğuna müraciət edib.
Ukraynada Azərbaycan diasporunun hüquqşünası isə xəstəxanada xəsarət alan azərbaycanlılarla görüşərək onların müraciətini yazılı şəkildə alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Azərbaycan DİN-in Ukrayna səfirliyindəki nümayəndəsi, diaspor rəhbəri xəstəxanada zərərçəkən azərbaycanlılara baş çəkiblər. Hadisə nəzarətdə saxlanılır.
Qeyd edək ki, Ə.Məmmədov ötən gün saxlanılaraq istintaqa təhvil verilib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
















