Koronavirus geri qayıdır? - Yeni variantı aşkarlandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli variantının ortaya çıxması ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, o, bu barədə ÜST-ün həftəlik mətbuat konfransında açıqlama verib.
Qebreyesus 3 ay əvvəl COVID-19-un beynəlxalq əhəmiyyətli ictimai sağlamlığı təhdid edəcək halının sona çatdığını, lakin qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini xatırladıb.
Həmçinin, o virusun bütün ölkələrdə yayılmağa, öldürməyə və dəyişməyə davam etdiyini vurğulayıb: "ÜST bu gün risk qiymətləndirməsini dərc etdiyi EG.5 variantı (Eris) daxil olmaqla müxtəlif dəyişənləri izləyir. Xəstəliklərin və ölümlərin sayının artmasına səbəb ola biləcək daha təhlükəli COVID-19 variantının ortaya çıxma riski qalmaqdadır".
"Omicron"un daha yoluxucu, lakin daha az öldürücü variantından sonra bir çox dünya koronavirusun daha bir variantı "Eris"in xəbəri ilə təşvişə düşüb.
"Eris" "Omicron"un alt variantıdır, ona görə də simptomları oxşardır. Araşdırmalara görə, "Eris" variantının ən çox görülən 10 simptomu bunlardır:
- Boğaz ağrısı
- Burun axması
- Burun tutulması
- Asqırma
- Bəlğəm
- Baş ağrısı
- Bəlğəmli öskürək
- Boğuq səs
- Əzələ ağrıları
- Qoxuda dəyişiklik.
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, iyulun 6-dan avqustun 3-dək dünya üzrə 1 milyon yeni yoluxma və 3100 ölüm halı qeydə alınıb. Bu o deməkdir ki, pandemiyanın başlanğıcından bəri insan itkisi 7 milyona yaxınlaşıb.
Unikal
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










