Kreditə götürdüyü maşını qaytardığını deyir, bank təkzib edir - FOTO

Yeddi il öncə bankdan avtomobil krediti götürən şəxs bir müddət sonra ödəniş edə bilməyib və elə bu səbəbdən də maşını geri qaytarıb. İndi isə vətəndaş bunu banka sübut edə bilmədiyini deyir.
Fərhad Şirinli adlı şikayətçi “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2014-cü ildə “Nikoil bank”dan 15 950 dollar məbləğində avtokredit götürüb. Lakin devalvasiyadan sonra kredit ödənişini həyata keçirə bilməyib və 2016-cı ildə müqaviləyə əlavə saziş imzalanıb. 2020-ci il martın 14-də isə kredit predmeti olan “Seat Toledo” markalı 90 TL 927 nömrəli avtomobili bankın Nərimanov filialında Azər Eldarov adlı əməkdaşa təhvil verib və qarşılığında bankdan heç bir vəsait almayıb:
"Daha sonra həmin avtomobil digər mülki şəxslərə satılıb. Hazırda isə adını dəyişərək “Yelo Bank” olan keçmiş “Nikoil Bank” Suraxanı rayon məhkəməsinə müraciət edərək götürülmüş kredit məbləğinin ödənilməsi üçün tələb irəli sürüb. Lakin iddiada kredit predmeti olan avtomobillə bağlı heç bir qeyd aparılmayıb və kreditin ödənilməsi üçün avtomobilin üzərinə həbs qoyulmayıb. Bankdan mənə sadəcə deyilib ki, həmin əməkdaş işdən çıxarılıb. O şəxslə əlaqə saxlamağım üçün də heç bir kömək etmirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Yekunda Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə etdiyim müraciətlərə hələ ki, cavab verilməyib".
F.Şirinli banka təhvil verdiyi avtomobilin geri qaytarılması, yaxud onun məbləğinin hesablanaraq kredit məbləğindən silinməsini tələb edir.
“Yelo Bank”dan isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bankla Şirinli Fərhad Yusif oğlu arasında bağlanmış 24.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, vətəndaşa illik 18% ilə 36 ay müddətinə 15 950 USD məbləğində kredit rəsmləşdirilib: “Kreditin təminatı olaraq 24.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən "Seat Toledo" markalı, 2014-cü il buraxılışlı avtomobil bankın qarşısında ipoteka ilə yüklü edilib.
Borcalan və anası (etibarnamə ilə çıxış edir) ilə bir neçə dəfə görüşülüb. Fərhad Şirinli devalvasiyadan sonra avtomobili banka təhvil verdiyini söyləyir, lakin bunu təsdiq edən təhvil-təslim aktı yoxdur.
Borcalanın iddialarının hüquqi sənəd üzərində əsası yoxdur və bank olaraq bütün tələblər borclu kimi Şirinli Fərhad Yusif oğluna yönəldilib. Mübahisəli işə aydınlıq gətirilməsi məqsədi ilə 10.02.2021-ci il tarixində məhkəməyə müraciət olunub və hazırda məhkəmə mübahisəsi davam etdirilir”.


Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












