Küçə heyvanlarını yemləyən şəxs cərimələnib? - AÇIQLAMA

KİV-də və sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan iddialar barədə polis açıqlama verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Avtosfer.az-a bildirib ki, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva çoxmənzilli binanın qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.
Bundan başqa S.Hacıyeva qonşuların etirazına baxmayaraq, həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












