Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı əhaliyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova vətəndaşları küləkli havada ehtiyatlı davranmağa çağırıb.
"Küləkli hava şəraiti ilə bağlı insanlara tikinti aparılan yerlərdən, irigövdəli ağaclardan aralıda durmağı, avtomobillərini ağacların altında saxlamamağı məsləhət görürük. Küləyin təsirlərindən qorunmaq üçün xəbərdarlıqlara əməl olunmasını bir daha rica edirik. Gözlənilən hava şəraiti ilə bağlı yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz", - nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












