Laçında iki hərbi qulluqçumuz yol qəzasında həlak olub - FOTO
Xəbərlər
16 İyun 2021 21:26

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.
Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu dünyasını dəyişib.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Oxunub : 2986
DİGƏR XƏBƏRLƏR
13 Sentyabr 2026 21:40
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
13 Sentyabr 2026 19:51
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
13 Sentyabr 2026 18:20
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
13 Sentyabr 2026 17:46
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
13 Sentyabr 2026 17:32
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
13 Sentyabr 2026 16:50
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
13 Sentyabr 2026 15:08
Bakının küçələri yeni tədris ilinə hazırdır?
13 Sentyabr 2026 13:20
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
13 Sentyabr 2026 10:48
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
13 Sentyabr 2026 10:44
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
13 Sentyabr 2026 09:12
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
11 Sentyabr 2026 22:22
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
ŞƏRH YAZ











