Postda saxlanılan avtomobildən narkotik aşkarlandı - DYP ilə birgə əməliyyat

Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli bilinən Lənkəran rayon sakini Emin Seyfullayev idarə etdiyi “Opel” markalı “99 US 697” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılıb.
Polis əməkdaşları tərəfindən E.Seyfullayevin üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin salonundan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Seyfullayev avtomobildən tapılan maddi sübutların ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












