Lənkəranda əməliyyat keçirildi - 13 nəfər saxlanıldı

Lənkəran sakininin həyətindən narkotik vasitə və çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Balıqçılar qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Müqəddəs Qəmbərov saxlanılıb. Onun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 41 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı M.Qəmbərovun yaşadığı evin həyətindəki yarımçıq tikilidən kultivasiya yolu ilə yetişdirdiyi çətənə bitkilərindən əldə etdiyi 3 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












