Lənkəranda oğurluq edən keçmiş məhkumlar saxlanılıblar - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş F.İsmayılov, Ş.Babayev və N.Əlizadə saxlanılıblar.
Keçirilən baxış zamanı onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onların qabaqcadan əlbir olan qrup halında Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 1 500 manat dəyərində məişət əşyaları oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Mamusta kəndində yerləşən evlərdən birindən oğurluq edən şəxs saxlanılıb. Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullazadənin gecə saatlarında həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan 2000 manat pul və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












