Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın - Təfərrüatı

Dələduzluqda ittiham edilən 25 yaşlı Füzuli rayon sakini Xətai Məmmədova (soyad şərtidir) hökm oxunub.
Avtosfer.az qafazinfo-ya istinadən xəbər verir ki, istintaq zamanı Xətainin Fərid adlı tanışına 188 min manat ziyan vuraraq həmin vəsaiti ələ keçirdiyi məlum olub.
Bildirilib ki, Xətai biznes ortağı olan Fəridə gəlir əldə etmək məqsədilə dəyərindən ucuz qiymətə əmlak alıb-satmaq niyyətində olduğunu, lakin bununla bağlı çətinlik çəkdiyini bildirib.
O, Fəridin etibarından sui-istifadə edərək Namiq Canıyevə (2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı - red.) məxsus olan 1 milyon manat dəyərindəki evin guya 700 minə satıldığını və onu 500 minə ala biləcəklərini deyib. Beləliklə, Xətai Fəridi Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən bağ evinin guya dəyərindən ucuz, yəni 500000 manata satıldığını, pulunu hissə-hissə ödəyə biləcəyini və sonradan həmin evi daha yüksək qiymətə satıb gəlir əldə edə biləcəyinə dair yalandan vədlər verərək aldadıb, satıcıya ödəmək adı ilə həmin məbləği ondan alıb. Lakin sonradan N.Canıyevə 312 min manat çatdığı, 188 min manatın isə Xətai tərəfindən ələ keçirildiyi müəyyənləşib.
O da məlum olub ki, Namiq Canıyev evin qiymətində güzəşt etməyib və 700 min tələb edib. Ev sahibi məsələnin üstü açılanda Fəridlə telefon danışığında onların daha 388 min manat ödəməli olduğunu bildirib.
Aldadıldığını öyrənən Fərid daha sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Xətai həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə iş açılıb.
Məhkəmədə zərərçəkən şəxs həbsdə olan Xətainin dəymiş zərəri artıq tam olaraq ödədiyini deyərək şikayətini geri götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Xətai Məmmədov azadlığa buraxılıb.
Fotoda: Namiq Canıyev

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












