Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTOLAR

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib.
Avtosfer.az xəbər verir ki, IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir.
Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və ətraf mühitin qorunması prosesində onların məsuliyyətinin vacibliyinin vurğulayıb. O, qeyd edib ki, hər bir məktəblinin ekoloji dəyərlərlə böyüməsi ölkənin yaşıl gələcəyinin təminatıdır.
Digər çıxış edənlər təhsil müəssisələrində ekoloji məsuliyyətin artırılması, gənclərin ekoloji təşəbbüslərdə iştirakı və dayanıqlı inkişaf məqsədlərinin tədrisə inteqrasiyası istiqamətində öz fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin bədii hissə də nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə təşkil olunan “EcoMind 2025” konfransı gələcəkdə ənənəvi xarakter daşıyacaq və təhsil sahəsində ekoloji istiqamətdə əməkdaşlıq üçün yeni platforma formalaşdıracaq. Tədbirdə 30 universitet, 20 dövlət məktəbi, 21 özəl və beynəlxalq təhsil müəssisəsindən 450-dən çox iştirakçı bir araya gəlib.













Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












