Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimatında iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Hirkan” sənədli filminin təqdimat mərasimində iştirak edib.
Avtosfer.az xəbər verir ki, təqdimat oktyabrın 29-da Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində keçirilib. Film IDEA İctimai Birliyinin “Azərbaycanın 12 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan növbəti ekran işidir və Azərbaycanın təbiət incilərindən biri olan Hirkan Milli Parkına həsr olunub.
“Hirkan” sənədli filmi ölkəmizin nadir flora və faunasına malik bu təbiət guşəsinin unikal ekosistemini və onun qorunması istiqamətində həyata keçirilən fəaliyyətləri özündə ehtiva edir. Filminin rejissoru İqor Bışnyovdur.
Layihənin təşəbbüskarı olan Leyla Əliyevanın rəhbərliyi ilə bu günədək ümumilikdə səkkiz sənədli film hazırlanıb. Bu filmlər sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanaraq ölkəmizin zəngin təbiətinin təbliğinə mühüm töhfə verib.
Qeyd edək ki, “Azərbaycanın 12 möcüzəsi” adlanan layihə çərçivəsində əhatə olunan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əks etdirir. Bunlara Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama, Qızılağac, Axar-Baxar, İlisu və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkları daxildir. Sözügedən parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.





























Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












