Leyla Əliyeva inklüziv rəqs tamaşasını izlədi - FOTOLAR

"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib.
“DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub.
COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin vəziyyətinə və bəşəriyyətin gələcəyinə təsirini tədqiq edir.
“DanceAbility Azerbaijan” şirkətinin direktoru Nigar Sultanova deyib ki, tamaşanın ideyası 2024-cü ilin əsas mövzusuna çevrilən iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ictimai diqqət dalğasında yaranıb.
“Biz həmişə inklüzivlik və əlçatanlıq ideyasını təşviq edirik, amma bu dəfə biz ətraf mühit haqqında danışmaq qərarına gəldik. Bunu səmimi şəkildə etmək bizim üçün vacib idi, ona görə də altı ay ərzində truppamızla görüşüb, planetə qayğı göstərməyin bizim üçün nə demək olduğunu müzakirə etdik”, - deyə o vurğulayıb.
İdeyanın əsasını iştirakçıların illər ərzində diqqətlə qoruduqları əşyalarla bağlı şəxsi hekayələri təşkil edib.
Problemi araşdırarkən “DanceAbility Azerbaijan” komandası hər il dünyada təxminən 92 milyon ton tekstil tullantısının əmələ gəldiyini və insanların əvvəlkindən orta hesabla 36 faiz daha az geyim geyindiyini öyrənib. Məhz bu, kollektivi istehlak mədəniyyətinə və davamlı inkişafa həsr olunmuş “Nə qədər kifayətdir?” adlı tamaşanın yaradılmasına ruhlandırıb.
Tamaşa insan, istehlak və planetin ən vacib resurslarından olan su arasındakı əlaqəni tədqiq edir.
Hərəkət, hekayə danışma və kollektiv yaddaş vasitəsilə tamaşa həddindən artıq istehlak, çirkləndirmə və okeanların sağlamlığı arasındakı qarşılıqlı əlaqəni açır, davamlı inkişafı və sirkulyar iqtisadiyyat ideyalarını təşviq edir.
Tədbirin sonunda Nigar Sultanova peşəkar və həvəskar rəqqasları, müxtəlif qabiliyyətlərə və təcrübəyə malik insanları bir araya gətirən layihənin realizəsi üçün dəstəyə və şərait yaradıldığına görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, 2017-ci ildə qurulan “DanceAbility Azerbaijan” şirkəti uzun illərdir minlərlə insanın həyatına davamlı təsir göstərərək müxtəlifliyə, bərabərliyə və inklüzivliyə dəyər verilən cəmiyyətin qurulmasına töhfə verib.








Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












