Leyla və Arzu Əliyevalar Romada sərgidə - FOTO

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.
Avtosfer.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
MAMA “Ana təbiət” incəsənət layihəsi debütünü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada təqdim edilən layihə müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.
Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.
MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Romanın “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində mayın 14-dək davam edəcək.







































Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










