Leysan Oğuz rayonunda fəsadlar törədib - VİDEO - FOTO

Leysan yağışı Oğuz rayonunda fəsadlar törədib.
Sentyabrın 2-i axşam saatlarında ölkənin şimal-qərb bölgəsini əhatə edən rayonlarda hava şəraiti dəyişib, fasilələrlə yağış yağıb.
Bəzi ərazilərdə qısa müddətli leysan yağışı yağıb. Leysan yağışı Oğuz rayonunun Xalxal kəndi yerləşən inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazidə daha çox müşahidə olunub. Dağlara yağan leysan yağışı səbəbindən Xalxal çayında və Xalxal kəndinin mərkəzindən keçən Qara çayda suyun səviyyəsi qalxıb, çaydan sel keçib. Qara çay məcrasından çıxması səbəbindən sel suları bir neçə kənd daxili yolları yararsız hala salıb. Bir-neçə elektrik dirəyi yıxılıb, məktəbə gedən yolun üstündəki körpünün bir hissəsini sel suları yuyub. Bir ailənin həyətyanı sahəsinə sel suları dolub. Hazırda müvafiq qrum nümayəndələri əraziyə ezam olunub, təmizlik işləri aparır və dəymiş ziyanın miqyası hesablanır.
(apa)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













