"Limanlara gəmilərin qəbulu çətinləşir" - Muxtar Babayev

Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, hövzədə suyun azalma prosesi davam edir:
"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşır və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanır. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olur. Eni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır".
M.Babayev həmçinin bildirib ki, son 20 ildə dünyada buzlaqların təxminə 7 faizi məhv olub:
"Bu proses də davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedir. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












