“Logitrans Turkiye 2025” Azərbaycanın tranzit potensialı təqdim olunur - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkəti “ADY Express” MMC 19–21 noyabr tarixlərində İstanbulda keçirilən “Logitrans Turkiye 2025” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunur.
Avtosfer.az xəbər verir ki, stenddə regional tranzit marşrutları, logistika həlləri və əməkdaşlıq imkanları barədə təqdimatlar, görüşlər və müzakirələr keçirilir.
Beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə yeni layihələrin icrası və yük axınlarının artırılması istiqamətində fikir mübadiləsi aparılır.
Sərgi çərçivəsində həmçinin ziyarətçilərə Azərbaycanın tranzit potensialı, ölkənin nəqliyyat şəbəkəsinin Orta Dəhlizlə Çindən yük daşımaları üçün təqdim etdiyi üstünlüklər barədə geniş məlumat verilir.
Sərgi təşkilatçıları tərəfindən səmərəli fəaliyyətinə görə ADY nümayəndə heyətinə "Dəyərli tərəfdaş" nominasiyası üzrə mükafat təqdim olunub.
Qeyd edək ki, "Logitrans Turkiye" sərgisi regionun aparıcı logistika platformalarından biri hesab olunur. 20 000-ə yaxın insanın ziyarət etdiyi builki sərgidə 20 ölkədən 230-a yaxın şirkət təmsil olunur, iştirakçılar və ziyarətçilərə texnoloji həllərin nümayişi və beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













