Lökbatanda yolda təmir işləri tıxaca səbəb oldu - FOTO - VİDEO

Lökbatan qəsəbəsində "Xəyal" kafesinin yaxınlığından keçən yolda aparılan təmir işləri yolda hərəkəti çətinləşdirib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında yolda hərəkət çətinləşdiyindən sözügedən ərazidən keçən sürücülər sıx tıxacın yaranmasından şikayətçidirlər.
Yolda aparılan təmir işlərinin nə zaman yekunlaşacağı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
İcradan bildirilib ki, Lökbatan qəsəbəsi "Xəyal" kafesinin yaxınlığından keçən yolda (28 May küçəsi) irihəcmli yük avtomobillərinin hərəkəti (dönmə hərəkəti) üçün çətinlik yarandığı üçün həmin yol Qaradağ Rayon İcra Hakimiyyətinin təklifi və dəstəyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilir və yola yeni asfalt örtüyü döşənir.
"Təmir işlərinin qısa müddət ərzində yekunlaşması planlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












